“LG Bilik Akademiyası” məişət və elektron texnikası istehsalında dünya lideri olan, Cənubi Koreyanın LG Electronics şirkətinin Azərbaycanın ən baxımlı teveziya kanalı olan Azad Azərbaycan Teleradio Yayım şirkəti ilə birlikdə gənclər üçün təşkil etdiyi intellektual və maarifləndirici bir televiziya layihəsidir.
“LG Bilik Akademiyası” hər bir şagirdin özünü sınamaq, təhsil aldığı illər ərzində qazandığı biliyi üzə çıxarıb hamıya nümayiş etmək üçün geniş imkanlar yaradır. “LG Bilik Akademiyası” gənc nəslin maariflənməsi, məktəblilərin dərsdən əlavə bilik və məlumatlarla silahlanması istiqamətində əsaslı addım atmaq niyyətindədir. Dünyanın tərəqqipərvər şirkətlərindən biri olan LG təkcə texniki novatorluğa deyil, eyni zamanda müştərilərin qayğısına qalmaqla onların məişətinin, güzəranının yaxşılaşdırılması üçün cəsarətli addımlar atır. Amma iş bununla bitmir. LG dünyanın bir çox ölkələrində məktəblilərin dostuna çevrilərək onların intellektual imkanlarının genişlənməsi, dünyagörüşünün artırılması və biliklər sisteminin fundamentallaşdırılması üçün heç bir şirkətin etmədiyini edir. Müstəqil həyata qədəm qoymaq ərəfəsində olan yeniyetmələrin , öz imkanlarını artırmaq, tanınmaq və biliyini dərinləşdirmək üçün silsilə intellektual oyunlar təşkil edir.10 ildən artıq dünyanın bir çox ölkələrində məktəblilər LG-nin bu tərəqqipərvər addımının bəhrəsini görürlər.
İndi növbə Azərbaycanındır. “LG Bilik Akademiyası” məhz Azərbaycan məktəblilərinin savadının, dünyagörüşünün artırılması üçün düşünülüb hazırlanmış televiziya layihəsidir. Məqsədə nail olmaq üçün LG Azərbaycanda ən populyar, ən baxımlı telekanal olan Azad Azərbaycan Teleradio və Yayım şirkətini seçdi .Çox milyonluq auditoriyası olan ATV-nin sadiq tamaşaçıları sırasında yeniyetmə və gənclər xüsüsi yer tutur. Ölkədə aparılan məqsədyönlü gənclər siyasətinin təbliğinə yönələn və həmçinin asudə vaxtın səmərəli keçirilməsinə hesablanan əyləncəli və musiqili proqramları ilə tanınan ATV telekanalı indi maarifləndirmə, və sosial pedaqoqika kimi böyük missiyanı öz üzərinə götürərək “LG bilik Akademiyası” layihəsini yüksək peşəkarlıq və keyfiyyətlə həyat keçirəcəkdir. Verilişin təşkilatı və yaradıcı heyəti bu yarışmanın uğur qazanacağına, yeniyetmələrin təhsilində mühüm rol oynayacağına əmin olduğundan tamaşaçıya həm baxımlı, həm də bilgiləndirən bir yarışmanı təqdim edəcək.
Ümidvarıq ki, bu layihə təkcə oyunda iştirak edəcək və ya oyunu izləyəcək yeniyetmələrin yox həm də onların valideynləri üçün böyük maraq kəsb edəcək.
xahiw edirem menim 1sualima cavab vererdiz eger kim bilirse.proqramda Iwtirak etmek ucun tolka qeydiyyatdan kecmek lazimdi? birde burda qeydiyyatda wekil mutleq lazimdi?
Salam adim Ulviyye 1o6 sayli orta mektebin 9 cu sinif sagirdiyem.Lg bilik akademiyasina qosulmaq isterdim istirakimin sebebi biliyimin hansi seviyyede oldugunu bilmekdir.Xahis edirem eger bu mumkunse edin cox sagolun.
men Hesen Huseynov 1993-cu ilde Cebrayil rayonu Dasveyselli kendinde anadan olmusam. 254 nomreli mektebin 10b sinifinde oxuyuram. Burada istirak etmeyimin sebebi bilik seviyyemi yoxlamaqdir.